Böyük Britaniya “Warner Bros. Discovery” və “Paramount” sövdələşməsini təsdiqləyib

07.08.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Böyük Britaniya hökuməti və ölkənin antiinhisar orqanı “Warner Bros. Discovery” şirkətinin “Paramount”u satın alması ilə bağlı sövdələşməni təsdiqləyib. Sövdələşmənin dəyəri 110 milyard dollardır. Bu qərar “Paramount Skydance”in rəhbəri Devid Ellisonun müvafiq təminatlar verməsindən sonra qəbul olunub. Sövdələşmənin yekunlaşması üçün isə əsas maneə hesab edilən ABŞ ştatlarının razılığı tələb olunur.

XQ xarici mediaya istinadən xəbər verir ki, şirkətin baş icraçı direktoru Böyük Britaniyada sifariş edilən proqramlarla bağlı hüquqi baxımdan ən azı beş il müddətinə məcburi öhdəliklər götürüb. O, həmçinin Böyük Britaniyada fəaliyyət göstərən “Channel 5” xəbər kanalının müstəqilliyinin qorunacağına zəmanət verib.

Bu təminatlar mədəniyyət naziri Liza Nandinin narahatlıqlarını aradan qaldırmaq üçün kifayət edib. O, iyun ayında ABŞ, Çin və digər ölkələrin tənzimləyici qurumlarının sövdələşməni təsdiqləməsinə baxmayaraq, ictimai maraqlar naminə prosesə müdaxilə edə və araşdırma aparılması barədə göstəriş verə biləcəyini bildirmişdi.

Hüquqşünaslar və analitiklər qeyd ediblər ki, müdaxilə ehtimalının gündəmə gətirilməsi sövdələşməni tamamilə əngəlləmək məqsədi daşımayıb. Bu addım daha çox “Paramount” şirkətindən müəyyən öhdəliklərin alınmasına yönəlib.

“Paramount” artıq razılaşıb ki, birləşmiş media qrupunun Böyük Britaniyada xətti yayım və tələb üzrə media xidmətləri, o cümlədən “Nickelodeon” və “Cartoon Network” uşaq televiziya kanalları beş il ərzində redaksiya müstəqilliyini qoruyub saxlayacaq.

Hökumətin bəyanatına əsasən, "Paramount"a məxsus "Channel 5" televiziya kanalı lisenziyasının müddəti bitənədək ictimai yayımçı statusunda fəaliyyətini davam etdirəcək, onun xəbər proqramları isə “CNN International” və “CBS News”dan müstəqil olacaq. Həmçinin “CNN”, “CBS” və “Channel 5”in xəbər arxivləri standart kommersiya şərtləri əsasında vicdanlı lisenziya sahibləri üçün əlçatan olacaq.

“Paramount” eyni zamanda öhdəlik götürüb ki, bu sövdələşmə Böyük Britaniyada kontent sifariş edən qurumların sayının azalmasına, eləcə də sifariş edilən məzmunun keyfiyyəti və çeşidinin pisləşməsinə gətirib çıxarmayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью