Böyük Britaniyada 1 milyon gəncə meningit əleyhinə peyvənd təklif olunacaq

12.06.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

London, 12 iyun, AZƏRTAC

Böyük Britaniyada 1 milyon gəncə meningit B xəstəliyindən qorunmaq üçün peyvəndin vurulması nəzərdə tutulub.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu prosesə bu il Kent bölgəsində ölkədə indiyədək qeydə alınmış ən böyük və sürətlə yayılan meningit B epidemiyasından sonra start verilib. Yeni proqram çərçivəsində İngiltərə və Uelsdə 18-25 yaşlı gənclərə iki dozalı peyvənd təklif ediləcək.

Səhiyyə rəsmilərinin sözlərinə görə, proqram xəstəliyə yoluxma riski ən yüksək olan qrupların qorunmasına kömək edəcək.

Qeyd edək ki, meningokok infeksiyası ağır və həyati təhlükə yaradan xəstəliklərə səbəb ola bilər. Bu ilin yanvarında Vusterşirdəki Kidderminster şəhərindən olan 18 yaşlı Aaron Mills meningitdən vəfat edib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью