Böyük Britaniyada aviareyslər təxirə salındı KONKRET

11.11.2024

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Britaniyanın nəhəng aviaşirkətləri “British Airways” və “Virgin Atlantic”  yüzlərlə uzunmüddətli reysi ləğv etmək məcburiyyətində qalıb.

KONKRET.az “Daily Mail”yə istinadən xəbər verir ki, buna “Boeing 787”nin ehtiyat hissələrinin tədarük zəncirində nasazlıq səbəb olub. Nəşrin məlumatına görə, “Virgin Atlantic” həftəsonu bir neçə reysi ləğv etmək məcburiyyətində qalıb.  “British Airways”isə  Böyük Britaniyanın Yaxın Şərqdəki müttəfiqlərindən biri Bəhreyn və Küveytə birbaşa uçuşları dayandırıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью