Böyük Britaniyada dəniz suyundakı karbonun çıxarılması məqsədilə layihəyə start verilib

18.04.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

London, 18 aprel, AZƏRTAC

Böyük Britaniyada iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində “SeaCURE” adlı layihənin sınaqları başlayıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Birləşmiş Krallıq hökuməti tərəfindən maliyyələşdirilən layihənin əsas məqsədi dəniz suyundakı karbon qazının çıxarılması imkanlarını araşdırmaqdır.

Layihə çərçivəsində karbon qazını birbaşa havadan deyil, dəniz suyundan çıxarmağın mümkünlüyü sınaqdan keçirilir. Bu, suyun karbon qazını havadan daha yüksək konsentrasiyada saxlaması ilə izah edilir. Layihə uğurlu olsa, dənizlər iqlim dəyişikliyi ilə mübarizədə yeni və səmərəli resursa çevrilə bilər.

Qeyd edək ki, alimlər qlobal istiləşmənin əsas səbəbi olan istixana qazı emissiyalarının azaldılmasını prioritet məsələ hesab edirlər. Bununla yanaşı, atmosferə buraxılmış karbon qazının müəyyən hissəsinin tutulmasının da zəruri olduğu bildirilir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью