Böyük Britaniyada elektrik avtomobillərin istehsalı azalıb AZƏRTAC

28.11.2024

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

London, 28 noyabr, AZƏRTAC

Böyük Britaniyada elektrik avtomobillərin istehsalı azalıb.

AZƏRTAC xəbər verir ki, Britaniya Avtomobil İstehsalçıları və Ticarətçilər Cəmiyyətinin (SMMT) açıqlamasına görə, ölkədə ümumi avtomobil istehsalı ötən il ilə müqayisədə 14 mindən çox azalıb. Azalmaya tələbatın səbəb olduğu bildirilir.

Hibrid avtomobillərin istehsalı da ötən il ilə müqayisədə 1/3 nisbətində azalıb. Bildirilib ki, bunun da əsas səbəbi Avropada elektrikli avtomobillərə olan tələbatın azalmasıdır.

Ötən həftə “Ford” şirkəti bildirib ki, gələn üç il ərzində Britaniyada 800 iş yerini ixtisar edəcək. Şirkət buna çətin ticarət şəraiti, artan rəqabət və elektrik avtomobillərə olan tələbatın azalması kimi səbəbləri göstərib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью