Böyük Britaniyada güclü “Eowyn” qasırğası gözlənilir AZƏRTAC

22.01.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

London, 22 yanvar, AZƏRTAC

Bu həftə Böyük Britaniyada “Eowyn” qasırğası gözlənilir.

AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, cümə günü başlayacaq qasırğa səbəbindən bəzi bölgələrdə küləyin sürəti saatda 80 milə (təxminən 130 km/saata) qədər çata bilər.

Cümə günündən şənbə gününə qədər davam edəcək qasırğa aşağı təzyiq zonası səbəbindən yaranacaq və binaların zədələnməsi, elektrik kəsintiləri kimi problemlərə səbəb ola bilər. Qasırğa səyahətə də ciddi təsir göstərəcək. Belə ki, güclü külək avtomobil yolları, dəmir yolları, hava limanları və bərə xətlərinə təsir göstərə bilər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью