Böyük Britaniyada hava limanları genişləndirilə bilər

24.01.2025

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Böyük Britaniyada hava limanlarının genişləndirilməsi, o cümlədən Hitrou hava limanında mübahisəli üçüncü uçuş-enmə zolağının tikintisi hökumətin iqtisadi artım planları çərçivəsində nəzərdən keçirilir.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, maliyyə nazirliyi Hitrou hava limanında üçüncü uçuş-enmə zolağının dəstəklənib-dəstəklənməyəcəyini, Gatvik hava limanında ikinci zolağın təsdiqini və Luton hava limanında tutumun artırılmasını araşdırır.

Yeni Leyboristlər hökuməti iqtisadi artımı əsas prioritetlərdən biri kimi qəbul edir və maliyyə naziri Reyçl Rivz daha irəli və sürətli addımlar atmağa söz verib. Nazirin gələn həftə hava limanları ilə bağlı açıqlama verəcəyi gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью