Böyük Britaniyada ilin ən isti günü

14.08.2026

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünən Böyük Britaniyada cari ilin ən isti günü yaşanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Londondakı Kyu-Qardens botanika bağında 38,1 dərəcə isti qeydə alınıb.

Bundan başqa 36 dərəcədən yüksək isti günlər üzrə də rekord yenilənib. İndiyə kimi cəmi 3 belə gün olmuşdusa, təkcə 2026-cı ildə say 4-ə çatıb.

Metroloji Büronun məlumatına görə, qarşıdakı günlərdə İngiltərənin əksər yerlərində ekstremal istilər gözlənilir.

Büro insanlara ehtiyatlı olmağı, açıq havada az qalmağı, bol maye qəbul etməyi məsləhət görüb.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью