Böyük Britaniyada minimum əməkhaqqı təxminən 4 faiz artırılacaq

27.10.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

London, 27 oktyabr, AZƏRTAC

Böyük Britaniyada minimum əməkhaqqının təxminən 4 faiz artırılması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb. Məlumata görə, ölkənin maliyyə naziri Con Hili oktyabrın 28-də minimum əməkhaqqının artırılması ilə bağlı planları açıqlayacaq. Yeni qaydalara əsasən, 21 yaş və daha yuxarı yaş qrupuna aid işçilər üçün minimum saatlıq əməkhaqqının 3,9 faiz artırılaraq 12,71 funt sterlinqdən təxminən 13,20 funt sterlinqə çatdırılması gözlənilir.

Eyni zamanda, 18-20 yaşlı işçilər üçün minimum saatlıq əməkhaqqının da təxminən 3,9 faiz artırılaraq 10,85 funt sterlinqdən 11,27 funt sterlinqə çatdırılması nəzərdə tutulur. Beləliklə, gənc işçilərin əməkhaqqı daha yuxarı yaş qrupuna aid işçilərlə təxminən eyni faiz nisbətində artırılacaq. Bununla belə, yaş qrupları arasında minimum əməkhaqqı fərqi saxlanılacaq.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью