Böyük Britaniyada minlərlə ev susuz qalıb

28.09.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

London, 28 sentyabr, AZƏRTAC

Böyük Britaniyanın London şəhərinin cənubunda və Surri qraflığında magistral su borusunun partlaması nəticəsində minlərlə evdə su təchizatı dayanıb və ya suyun təzyiqi aşağı düşüb.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, hadisə bu gün Surri qraflığının Vest Molesi ərazisində baş verib.

Şirkətin ixtisaslaşmış əməkdaşları borudan suyun axmasının qarşısını almağa çalışırlar.

“Thames Water”ın məlumatına görə, qəza ilkin mərhələdə 15 minədək əmlakın su təchizatına təsir edib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью