Böyük Britaniyada pələng insanı parçalayıb öldürdü Video

11.10.2026

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Böyük Britaniyanın Yorkşir Vəhşi Təbiət Parkında (“Yorkshire Wildlife Park”) pələngin hücumuna məruz qalan kişi hadisə yerində həyatını itirib.
Yeniavaz.com
xarici KİV-lərə istinadən xəbər verir ki, şənbə günü, yerli vaxtla saat 13:35-də bir nəfər Donkaster yaxınlığında yerləşən parkın pələnglər üçün ayrılmış ərazisinə daxil olub. Bundan sonra heyvan ona hücum edib və kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Təhlükəsizlik məqsədilə park bağlanıb və həftəsonunun sonunadək fəaliyyət göstərməyəcəyi bildirilib.
Böyük Britaniyanın xarici işlər naziri, eyni zamanda Donkaster Nort dairəsinin deputatı Ed Milibend hadisə ilə bağlı dərin kədərini ifadə edib. O, həlak olan şəxsin ailəsinə başsağlığı verib və hadisəyə müdaxilə edən təcili yardım xidmətlərinin əməkdaşlarına, eləcə də parkın işçilərinə təşəkkür edib.
Yorkşir Vəhşi Təbiət Parkının rəhbərliyi də yaydığı açıqlamada mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verdiyini bildirib. Park rəsmiləri hadisədən dərhal sonra fövqəladə hallara müdaxilə prosedurlarının işə salındığını və baş verənlərin dəqiq səbəblərini müəyyənləşdirmək üçün aidiyyəti qurumlarla əməkdaşlıq edildiyini qeyd ediblər.
Qeyd edək ki, 2009-cu ildə açılan “Yorkshire Wildlife Park”da pələnglər üçün nəzərdə tutulmuş “Land of the Tigers” bölməsi 2011-ci ildə istifadəyə verilib. Təxminən iki akr ərazini əhatə edən xüsusi qoruqda nəsli kəsilmək təhlükəsi altında olan Amur pələngləri saxlanılır. Təqdim olunan məlumata əsasən, bu pələnglərin təxminən 500-ü təbiətdə qalıb.

View this post on Instagram

A post shared by Yeniavaz.com (@yeniavaz_com)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью