Böyük Britaniyada polisə əlavə səlahiyyətlər veriləcək

06.10.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

London, 6 oktyabr, AZƏRTAC

Böyük Britaniyada təkrar etiraz aksiyalarına qarşı daha sərt tədbirlər görmək üçün polis əməkdaşlarına əlavə səlahiyyətlər veriləcək.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb. Yeni qanun layihəsinə əsasən, Böyük Britaniyada baş polis rəislərinə etiraz aksiyalarının ümumi təsirinə əsaslanaraq onları qadağan etmək və ya başqa yerə köçürmək səlahiyyəti veriləcək. Bu qərar iyul ayında “Palestine Action” qrupunun terror təşkilatı kimi tanınmasından sonra qəbul edilib. Həmin vaxtdan bəri ölkə üzrə bu təşkilata dəstək məqsədilə keçirilən müxtəlif aksiyalarda 2 mindən çox insan saxlanılıb. Polisə veriləcək bu əlavə səlahiyyətlər “İctimai asayiş” adlı mövcud qanuna əlavə düzəlişlərlə həyata keçiriləcək. Qanun qüvvəyə minmədən əvvəl parlamentdə müzakirə və təsdiq olunmalıdır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью