Böyük Britaniyada rekord sayda meşə yanğınları baş verib | Icma.az
Icma.az bildirir, Azertag portalına istinadən. London, 5 sentyabr, AZƏRTAC Böyük Britaniyada bu il rekord sayda meşə yanğınları qeydə alınıb
AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, ölkənin yanğınsöndürmə xidmətlərinin bu ilin ötən dövründə 996 yanğın hadisəsinə müdaxilə etdi
Bu da sonuncu dəfə 2022-ci ildə qeydə alınan rekord göstəricidən – 994-dən çox olub.
Milli Yanğın Rəisləri Şurasının sədri Fil Qarriqan bildirib ki, yanğınlar bəzən günlərlə davam edərək, yanğınsöndürənlərə ciddi fiziki və psixoloji təsir göstərib.
Bu il yayda müşahidə olunan dörd isti hava dalğası və yağıntının azlığı bir çox bölgələrdə təhlükəli şərait yaradıb.Ən davamlı yanğınlardan biri Şimali Yorkşirdəki Lanqdeyl Mur ərazisində qeydə alınıb.
Avqustun 12-də başlayan bu yanğın böyük ərazini əhatə edib. Bundan başqa, Dorset qraflığındakı Holt Hitdə 72 hektar ərazini yanğın əhatə edi
Aytən AbbaslıAZƏRTAC-ın xüsusi müxbiriLondon Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu