Böyük Britaniyada vərəmə yoluxma halları kəskin artıb

31.01.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Böyük Britaniyada 2025-ci ildə vərəmə yoluxma halları kəskin artıb.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "The Daily Express" nəşri Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) məlumatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, ölkədə vərəmə mübtəla olanların sayı son bir neçə ildə əhəmiyyətli dərəcədə çoxalıb. 2025-ci ildə Böyük Britaniyada 5424 hal qeydə alınıb ki, bu da 2022-ci illə müqayisədə 25% artım deməkdir.

Ən yüksək yoluxma halı ölkənin şimal-şərqində fiksə olunub.

Məqalədə həmçinin bildirilir ki, vərəmin müasir forması ağciyərləri sürətlə zədələyir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью