525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Mersisayd qraflığının Butl şəhərində yaşayış evlərinin birində güclü yanğın baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, faciəvi hadisə bu gecə Stoun-Skuer küçəsində yaşanıb.
2 otaqlı mənzilin yanması nəticəsində ana və 3 azyaşlı övladı dünyasını dəyişib. Bir nəfər isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 6 yanğınsöndürən briqada alovun qonşu mənzillərə keçməsinin qarşısını vaxtında ala bilib. Zərərçəkənlərin adları və yaşları barədə məlumat verilmir.
Qeyd edək ki, hadisə yerində araşdırılma aparılır, yanğının baş vermə səbəbləri müəyyənləşdirilir. 4 nəfərin yanğından əvvəl öldürülməsi versiyası istisna edilmir.
L.Tağıyeva