Böyük Britaniyanın Baş naziri Kir Starmerin Çinə səfəri başlayıb

28.01.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

London, 28 yanvar, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer Çinə üçgünlük rəsmi səfər edib.

AZƏRTAC xəbər verir ki, bu, 2018-ci ildən bəri Böyük Britaniya Baş nazirinin Çinə ilk səfəridir.

Biznes və mədəniyyət sahəsini təmsil edən nümayəndələrdən ibarət təxminən 60 nəfərlik heyətlə Çinə yollanan Starmerin səfərində əsas diqqətin ticarət əlaqələrinin inkişafına yönəldiləcəyi bildirilir.

Pekin istiqamətində uçuş zamanı jurnalistlərə açıqlama verən Baş nazir bildirib ki, bu səfər real faydalar gətirəcək. Səfərin ən mühüm mərhələsinin sabah baş tutacağı gözlənilir. Həmin gün Kir Starmerin Çin Xalq Respublikasının Sədri Si Cinpin başda olmaqla, bir sıra yüksəkvəzifəli rəsmilərlə görüşləri planlaşdırılır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью