Böyük Britaniyanın ən ucqar adasında işləmək üçün tibb bacısı axtarılır

19.08.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

London, 19 avqust, AZƏRTAC

Böyük Britaniyanın ən ucqar yaşayış məskənlərindən biri olan Fair adasında işləmək üçün tibb bacısı tələb olunur.

AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, Şotlandiyanın Şetland və Orkni adaları arasında yerləşən kiçik adanın 50 nəfər daimi sakini var. Milli Səhiyyə Xidmətinin məlumatına görə, seçiləcək tibb işçisi adanın daimi əhalisinə, həmçinin turistlərə tam ştatlı tibbi xidmət göstərəcək.

Qeyd olunur ki, bu vəzifə yüksək şəxsi dözümlülük və müstəqil işləmə bacarığı tələb edir.Tibb bacısına illik 41,608 – 50,702 funt sterlinq arasında əməkhaqqı təklif olunur. Həmçinin əməkhaqqı paketinə əlavə ödənişlər də daxildir. Bundan başqa, seçilmiş namizədə hər il 2 min 482 funt sterlinq məbləğində “uzaq ada əlavəsi” veriləcək. Eyni zamanda, köçmə xərcləri üçün 8 min funt sterlinqədək maliyyə dəstəyi ayrılacaq. Adada sosial xidmətlərin məhdud olması səbəbindən tibb bacısının şəxsi qayğı və sosial dəstək işlərini də həyata keçirməsi nəzərdə tutulur.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью