Böyük Britaniyanın keçmiş Baş naziri məsuliyyətə cəlb oluna bilər

21.11.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

London, 21 noyabr, AZƏRTAC

Böyük Britaniyanın koronavirus pandemiyasına verdiyi gecikmiş reaksiyaya dair dərc olunan son hesabatdan sonra sabiq Baş nazir Boris Conson pandemiya zamanı baş vermiş və 23 mindən artıq ölümə səbəb olan ciddi idarəçilik səhvlərinə görə hüquqi məsuliyyətə cəlb oluna bilər.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, COVID-19-a görə yaxınlarını itirən ailələri təmsil edən qrup bildirib ki, araşdırmanın nəticələri Boris Consonun rəhbərliyi altında bir həftə daha tez karantin tətbiq edilsəydi, minlərlə həyatın xilas ola biləcəyini göstərir. Buna görə də sabiq Baş nazir ictimai həyatdan kənarlaşdırılmalı və məsuliyyət daşımalıdır.

COVID Araşdırma Komissiyasının hesabatı, həmçinin Baş nazirin ofisi daxilində hökm sürən idarəçilik mədəniyyətinin hökumətin pandemiya ilə mübarizədəki uğursuzluqlarına ciddi təsir etdiyini vurğulayır. Bu arada yüksək vəzifəli Mühafizəkarlar hesabatın bəzi nəticələrinin qəbulundan imtina ediblər. Pandemiya dövründə kabinet naziri olmuş Maykl Qov nəticələrin həddindən artıq sadələşdirilməməsi barədə xəbərdarlıq edib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью