Icma.az, Xalq qazeti saytına istinadən bildirir. “Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilk xarici səfərinə Azərbaycandan başlayıb.
Məlum olduğu kimi, Azərbaycan Gürcüstanın strateji tərəfdaşı və dost ölkədir.
Məhz ilk səfərin Azərbaycana reallaşması son dərəcə əhəmiyyətlidir.
Səfər çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyev və Baş nazir Əli Əsədovla yüksək səviyyəli görüşlər keçirib.
Görüşlər zamanı ikitərəfli əməkdaşlıq, eləcə də iki ölkə arasında həyata keçirilən mühüm iqtisadi layihələr, xüsusilə bərpa olunan enerji və digər irimiqyaslı layihələr müzakirə olunub.
Düşünürəm ki, prezidentin səfəri ölkələr arasında münasibətlərin möhkəmlənməsinə kömək edəcək”.
Bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib.
Onun sözlərinə görə, regional təhlükəsizlik, o cümlədən mədəni-humanitar istiqamətlər də nəzərdən keçirilib.