“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

08.05.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, püşkün nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib.

İlk görüşlərdə Könül Əliyeva (48 kiloqram) Kyonxa Lini (Cənubi Koreya), Gültac Məmmədəliyeva (52 kiloqram) Lea Beresi (Fransa), Fidan Əlizadə (57 kiloqram) isə Medine Orazniyazovanı (Türkmənistan) sınağa çəkəcək. Hər üç idmançımız mübarizəyə 1/16 final mərhələsindən başlayacaq.

Qeyd edək ki, Azərbaycanın 3 çəki dərəcəsində 3 idmançı ilə təmsil olunduğu yarışa mayın 9-da Bakı vaxtı ilə saat 09:00-da start veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью