Böyük Dəbilqə : Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

31.10.2026

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq.

SİA xəbər verir ki, Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) yarışa 1/8 final mərhələsindən start verəcəklər.

Qadınların yarışında isə eyni mərhələdə Mədinə Kaisinova (+78 kq) Özbəkistan təmsilçisi İrişxon Qurbanbayeva ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan cüdoçuları oktyabrın 29-da start verilən turnirdə indiyə qədər 4 mükafat qazanıblar. Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) və Hidayət Heydərov (73 kq) isə bürünc medal əldə ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью