Böyük Dəbilqə : Balabəy Monqolustanda çempion oldu

19.06.2026

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirinin qalibi olub. 

Fanat.Az xəbər verir ki, idmançımız finalda yaponiyalı dünya çempionu Ryuju Naqayamanı üstələyib.

Digər cüdoçularımızdan Əhməd Yusifov (60 kq) isə üçüncü yer uğrunda mübarizədə Balabəyin yarımfinalda məğlub etdiyi İsrail təmsilçisi İtshak Aşpizə uduzub. 

Nizami İmranov (66 kq) bürünc medal qazanmaq üçün yerli cüdoçu Yolk Kazırbyekin müqavimətini qırmağa çalışacaq.

Xatırladaq ki, "Böyük Dəbilqə" iyunun 21-də başa çatacaq. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur. Ruslan Paşayev (66 kq), Şəfəq Həmidova (48 kq) və Gültac Məmmədəliyevanın (52 kq) mükafatçılar siyahısına düşə bilməyəcəkləri dəqiqləşib.
 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью