Icma.az bildirir, Apasport saytına əsaslanaraq.
Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turniri başa çatıb.
Apasport.az xəbər verir ki, milli komandamız Dünya Cüdo Turuna daxil olan yarışda bir medal qazanıb.
Son yarış günündə +100 kq çəki dərəcəsində çıxış edən Uşanqi Kokauri bürünc mükafata yiyələnib. Cüdoçumuz həlledici görüşdə Niderland təmsilçisi Yur Spaykersi ipponla məğlub edərək fəxri kürsüyə yüksəlib.
Yığmamızın digər üzvləri - Əhməd Yusifov (-60 kq), Murad Fətiyev (-90 kq) və Camal Qamzatxanov (+100 kq) turniri 5-ci yerdə başa vurublar.
Qeyd edək ki, ilk üç qarşılaşmasında qələbə qazanan Murad Fətiyev zədələndiyi üçün yarımfinal mərhələsində mübarizəni davam etdirə bilməyib.
"Böyük Dəbilqə"də iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək Cüdo üzrə Liqa yarışının IV turu start götürüb - FOTO Yeniyetmə cüdoçular arasında liqa yarışına yekun vurulub - FOTO Cüdo üzrə yeniyetmələr arasında liqa yarışının IV turu start götürüb