Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fevralın 7-8-də Fransanın paytaxtı Parisdə keçiriləcək "Böyük Dəbilqə" turnirində Azərbaycanı 8 cüdoçu təmsil edəcək.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti açıqlayıb.
Ölkə nüfuzlu yarışda kişilərdən ibarət millinin baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Slavko Tekiçin rəhbərliyi altında 5 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq.
Balabəy Ağayev (60 kq), Nazir Talıbov, Ruslan Paşayev (hər ikisi 66 kq), Zelim Tçkayev, Vüsal Qələndərzadə (hər ikisi 81 kq), Əjdər Bağırov (100 kq), Uşanqi Kokauri və Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, turnirdə 82 ölkədən 526 idmançı mübarizə aparacaq.
Gənc qızlardan ibarət cüdo millimiz Yaponiyaya yollanıb - FOTO Kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçirilib Cüdo üzrə ölkə birinciliyinə yekun vurulub - FOTO Azərbaycan birinciliyində fərdi mübarizələr başa çatıb Ölkə birinciliyi: Daha 6 çəkidə mükafatçılar bəlli olub - FOTO