Böyük Dəbilqə də Azərbaycan finalı: Əhməd Yusifov qızıl medal qazanıb

27.02.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 27 fevral, AZƏRTAC

Azərbaycan cüdoçusu Əhməd Yusifov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda komanda yoldaşı Balabəy Ağayevi məğlub edib.

Bununla da Azərbaycan millisi yarışın ilk gününü iki medalla başa vurub. Daha əvvəl Şəfəq Həmidova, Könül Əliyeva (hər ikisi 48 kiloqram), Leyla Əliyeva (52 kiloqram), Nizami İmranov, Turan Bayramov (hər ikisi 66 kiloqram) turnirlə vidalaşıblar.

Qeyd edək ki, "Böyük Dəbilqə"yə martın 1-də yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью