Böyük Dəbilqə də cüdoçularımızın rəqibləri bəlli olub

27.02.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Sabah Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkü atılıb.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycanı təmsil edəcək üç idmançının ilk görüşlərdəki rəqibləri bəlli olub.

60 kq çəki dərəcəsində Turan Bayramov Yuntao Vanqla (Çin) qarşılaşacaq. Həmin çəkidə mübarizə aparacaq Balabəy Ağayev isə yarışa ikinci mərhələdən başlayacaq. Onun rəqibi Kanatbek Uulu (Qırğızıstan) - Anvarcon İbroximov (Özbəkistan) cütünün qalibi olacaq.

Yaşar Nəcəfov (66 kq) isə Ramazan Abdullayev (neytral idmançı) - Hinato Ono (Yaponiya) görüşünün güclüsü ilə qüvvəsini sınayacaq.

"Böyük Dəbilqə" yarışında 23 ölkədən 242 idmançı çıxış edəcək.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью