Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Beynəlxalq Tennisin Dürüstlüyü Agentliyi (ITIA) avstraliyalı tanınmış tennisçi Nik Kiryosun antidoqinq qaydalarını kobud şəkildə pozduğuna görə idmandan müvəqqəti kənarlaşdırıldığını rəsmən elan edib.
Bakıvaxtı.az xəbər verir ki, 31 yaşlı idmançı 22 iyun 2026-cı il tarixində İspaniyanın Malyorka şəhərində keçirilən "ATP 250" turniri öncəsi qanından test üçün nümunə götürülüb.
İyulun 17-də Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən akkreditə olunmuş laboratoriya tennisçinin orqanizmində kokainin metaboliti olan benzoilekqoninin mövcudluğunu təsdiqləyib.
Qeyd edək ki, stimullaşdırıcılar qrupuna aid edilən kokain WADA-nın qadağan olunmuş maddələr siyahısında sui-istifadəyə səbəb olan vasitə kimi yer alır. Tennisin antidopinq proqramı çərçivəsində bu maddənin yarışlar zamanı istifadəsi qəti şəkildə qadağandır.
Məsələ ilə bağlı susqunluğunu pozan Kiryos, özünün sosial şəbəkə hesablarında günahını boynuna alaraq, ailəsindən, pərəstişkarlarından və sponsorlarından üzr istəyib.
Diskvalifikasiya müddətində idmançıya yarışlarda iştirak etmək, məşqlər keçmək və ya Ümumdünya Tennis Federasiyası, WTA, ATP, "Böyük Dəbilqə" turnirləri və həmçinin milli assosiasiyalar tərəfindən təşkil edilən və təsdiqlənən hər hansı bir tədbirə qatılmaq sərt şəkildə qadağan edilib.
Xatırladaq ki, Nik Kiryos qoşa yarışlarda "Australian Open-2022" turnirinin qalibi, fərdi yarışlarda isə 2022-ci il Uimbldon turnirinin finalçısıdır.