Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransanın paytaxtı Parisdə “Böyük Dəbilqə” turnirində Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb.
Azərbaycan Cüdo Federasiyasından Axar.az-a bildirilib ki, Balabəy Ağayev yarımfinalda israilli İzhak Aşpizə qalib gələrək karyerasında üçüncü dəfə Paris “Böyük Dəbilqə”sinin final mərhələsinə yüksəlib.