“Böyük Dəbilqə”: Mübarizəyə start verilir

02.05.2025

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə Böyük Dəbilqə turnirinə start veriləcək.

Apasport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 2 cüdoçusu tatamiyə çıxacaq.

60 kq çəki dərəcəsində Balabəy Ağayev 1/8 finalda Muhammad Fathur Rohman (İndoneziya) - Acıtı Dombuu (IJF) cütünün qalibi ilə üz-üzə gələcək.

66 kq çəki dərəcəsində Yaşar Nəcəfov 1/8 finalda Tacikistan təmsilçisi Exson Safarzoda ilə qarşılaşacaq.

Qeyd edək ki, yığmamız yarışa 8 cüdoçu ilə yollanıb.

Riçard Trautman: "Los-Anceles-2028 bizim uzunmüddətli hədəfimizdir" Olimpiya çempionumuz finalda məğlub oldu Olimpiya çempionumuz yarımfinalda Hidayət Heydərov Avropanın ən yaxşısı seçildi Murad Fətiyev fəxri kürsüdə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью