Böyük Dəbilqə : Ömər Rəcəbli finala vəsiqə qazanıb, digərləri məğlub olub

28.02.2026

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın daha bir cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində finala vəsiqə qazanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Ömər Rəcəbli (81 kq) bu raundadək irəliləyə bilib.

Bu gün tatamiyə çıxan Kamran Süleymanov (73 kq), Fidan Əlizadə (63 kq) və Südabə Ağayeva (70 kq) medal şanslarını itirib.

Qeyd edək ki, "Böyük Dəbilqə" martın 1-də başa çatacaq. Ötən gün Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) gümüş medal qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью