Böyük Dəbilqə turniri: Hidayət Heydərov mübarizəyə başlayır

29.11.2025

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirinin ikinci günündə iki cüdoçumuz mübarizəyə qoşulacaq.
Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
73 kiloqram çəki dərəcəsində Hidayət Heydərov 1/16 final mərhələsində Adil Osmanov / Covanni Espozito cütünün qalibi ilə qarşılaşacaq.
Həmçinin eyni çəki dərəcəsində digər cüdoçumuz Rəşid Məmmədəliyev ABŞ-ni təmsil edən Stiven Boldbaatarla qarşılaşacaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью