“Böyük Dəbilqə” turnirinin ikiqat qalibi olan tennisçi diskvalifikasiya edilib

29.04.2025

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Avstraliyalı tennisçi Maks Pursel antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) məlumat yayıb. İdmançı 18 ay müddətində bütün yarışlardan uzaqlaşdırılıb.

Tennisçi 2023-cü ilin dekabrında iki dəfə 500 millilitrdən çox venadaxili infuziya aldığını etiraf edib.

Qeyd edək ki, Maks Purse iki dəfə “Böyük Dəbilqə” turnirinin qalibi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью