“Böyük Dəbilqə”də ilk medal

29.08.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan cüdoçusu Ömər Rəcəbli İsveçrənin Lozanna şəhərində təşkil olunan “Böyük Dəbilqə” turnirində bürünc medala sahib çıxıb.

Futbolpress.az xəbər verir ki, təmsilçimiz 3-cü yer uğrunda qarşılaşmada Birləşmiş Ərəb Əmirliklərinin idmançısı Georgi Elbakiyevlə mübarizə aparıb. Rəqibini üstələməyi bacaran Rəcəbli turnirin bürünc mükafatını aktivinə yazdırıb.

Yarışın növbəti günündə tatamiyə çıxan digər idmançılarımız Südabə Ağayeva (70 kq), Kamran Süleymanov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) və Vüsal Qələndərzadə (81 kq) mübarizəni medalsız yekunlaşdırıblar. Ötən yarış günündə də 5 cüdoçumuz mükafatçılar sırasına düşə bilməmişdi.

“Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıran nüfuzlu yarışda Azərbaycan millisi 9 çəki dərəcəsində 14 cüdoçu (10 kişi, 4 qadın) ilə təmsil olunur. “Böyük Dəbilqə” turnirinə avqustun 30-da yekun vurulacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью