Böyük Dəbilqənin 2 ukraynalı mükafatçısı yenə Bakıya gəlir İdman və Biz

12.01.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukraynanın cüdo yığması fevralın 14-16-da Bakıda keçiriləcək “Böyük Dəbilqə”yə ilkin heyətlə bağlı qərar verib.

İdman.biz xəbər verir ki, komandanın tərkibində 6 idmançı yer alıb və onlardan ikisi əvvəllər Azərbaycanın paytaxtında fəxri kürsüyə yüksəlib.

Yuliya Kurçenko (78 kq) ötən il “Böyük Dəbilqə”də gümüş medal qazanıb, Dilşod Xalmatov (60 kq) isə 2022-ci ildə finalda mübarizə aparıb.

Komandanın heyətinə, həmçinin Artyom Lesyuk (60 kq), Yevgeni Baliyevski (+100 kq), Kristina Qoman və Diana Semçenko (hər ikisi +78 kq) daxildir.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью