Böyük Dəbilqənin qalibi bu qədər qazanacaq

08.01.2025

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cüdo üzrə hər "Böyük Dəbilqə" turnirinin, o cümlədən fevralın 14-16-da Bakıda keçiriləcək yarışın qalibləri 5 min avro məbləğində mükafat qazanacaqlar. Sport24.az xəbər verir ki, bu rəqəmlər "Böyük Dəbilqə" yarışlarının reqlamentində göstərilib.

Turnirin gümüş mükafatçıları 4 min avro, bürünc medalçılar isə hərəyə 1,5 min avroluq çek alacaqlar. "Böyük Dəbilqə"nin ümumi mükafat fondu isə 150 min dollardır.

Qeyd edək ki, bu il ilk yarış fevralın 1-2-də Parisdə keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью