Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
"Bəzən gələcəyi dəyişən qərarlar hələ görünməyən, amma artıq formalaşmış ideyalarda gizlənir. İnanırıq ki, gələcəyin universiteti yeni həyat tərzini, "ağıllı" mühiti, seçdiyi inkişaf modeli, gələcək nəsillər üçün yaratdığı imkanlar və dayanıqlı gələcək modelini quran universitet olacaq".
Bu fikirləri 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyirb. Ə.Muradov bildirib ki, Çində növbəti dayanacaq da məhz UNEC-in gələcəyinə baxışla bağlıdır:
"Görüşlərimiz bu baxışın reallaşdırılması üçün başladığımız təşəbbüslərin davamıdır. Bu məqsədlə bu gün bir günlük Sanya-dan Çongçing-ə gəldik. UNEC üçün əsas məsələ sadəcə yenilikləri izləmək deyil, onları öz gələcəyinə çevirməkdir. Ən mühüm layihələr haqqında danışmaq hələ tezdir. Böyük dəyişikliklər bəzən səssiz başlayır".
Sevinc Qarayeva