BÖYÜK DÖRDLÜ nün görüşü baş tuta bilər: 3 illik müharibə sona çatır? ŞƏRH | Icma.az
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İstanbulda aparılan danışıqlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüşlə yekunlaşa bilər.
Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan ukraynalı həmkarı Andrey Sibiha ilə birgə mətbuat konfransı zamanı bildirib.
Maraqlıdır görəsən həqiqətən "Böyük Dördlü"-nün görüşü baş tuta bilərmi? Əgər alınarsa, bu görüşdən atəşkəs gözləməyə dəyərmi?
Turkustan.az olaraq bu suallarımızı politoloq Turab Rzayevə ünvanladıq. Düşünürəm ki, mümkündür ki, bu görüş baş tutsun.
Çünki, Türkiyə tərəfi - həm Ərdoğan, həm də Hakan Fidan bunun üçün çox çalışıb.
Bundan əvvəl Hakan Fidanın Rusiya və Ukraynaya səfərləri də məhz bunun üçün idi.
Həqiqətən atəşkəs lazımdır, yay ayları hərbi əməliyyatlar üçün uyğundur, ona görə də atəşkəs olmasa, hərbi əməliyyatlar genişləndirilə bilər.
Tam oxu
Xəbəri oxu