Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Təəssüflər olsun ki, Almaniya prezidenti tərəfindən təxribat xarakterli və həqiqəti əks etdirməyən paylaşım sosial mediada yayıldı”.
Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O bildirib ki, Azərbaycan tərəfi buna sərt etirazını bildirdi: “Almaniyanın səfiri ilə sərt danışıldı və üzrxahlıq edilməyəcəyi təqdirdə Almaniya prezidentinin Azərbaycana səfərinin məqsədə müvafiq olmadığı həmin tərəfə çatdırıldı.
Ancaq mövcud problemi anındaca həll edərək üzrxahlıq məktubu Azərbaycan tərəfinə ünvanlandı.
Hətta razılaşdırıldı ki, bu məktub media vasitəsilə də yayımlansın və bununla da bu problem öz həllini tapdı və hal-hazırda Almaniya Fedarativ Respublikasının prezidenti Azərbaycanda rəsmi səfərdədir.
Bu artıq onu göstərir ki, Azərbaycan öz suverenliyini bərpa edib.
Hətta Ermənistan siyasi rəhbərliyi belə Azərbaycan suverenliyini sözdə qəbul edir və Qarabağ məsələsində artıq onlar Qarabağ hərakatının davam etdirilməsinin mənasız olduğunu dilə gətirsələrdə hələ də məhz bu məsələlər üzərindən təxribatyönümlü hadisələr baş verir və baş verməsi üçün də çalışan qüvvələr, şəxslər var.