Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. "Böyük Ermənistan" xülyası iflasa uğradı.
Bunu Teleqraf.com-un sualına cavab olaraq Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.
"Erməni diasporası hələ də çalışır ki, Qarabağ mövzusunu gündəmdə saxlasın.
Buna cavab olaraq "Erməni millətçi irredentizmi (Əsassız torpaq iddiası-red) və Qarabağ müharibələri" kitabı insanlara həqiqətləri çatdırmaq və göstərmək məqsədi daşıyır.
Kitab ermənilərin ultra millətçi və irredentist ideyalarını xüsusilə XX əsrin sonlarında daha açıq şəkildə ortaya qoyduqlarını izah edir.
Lakin onların bu iddialarına 44 günlük Vətən müharibəsi ilə son qoyuldu və "Böyük Ermənistan" xülyası iflasa uğradı"-o qeyd edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.