Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistanda bir qrup gənc İrəvan küçələrində qondarma “Böyük Ermənistan”ın xəritəsinin əks olunduğu fotoları divar və dirəkləə yapışdırıb.
“Yeni Sabah” xəbər verir ki, özlərini “millətçi” və “vətənpərvər” kimi qələmə verən qrup üzvləri sosial şəbəkələr vasitəsi ilə daha çox tərəfdar yığmağı planlaşdırır.
Onların parlament seçkilərində Baş nazir Nikol Paşinyanın əsas rəqibi, “Hayastan” blokunun lideri Robert Koçaryanı dəstəklədiyi güman edilir. Toyuqlu pizza
Qatı millətçi ermənilərin “Böyük Ermənistan” ideyasına görə, Şərqi Anadolunun bir hissəsi, Gürcüstanın Samtsxe-Cavaxeti vilayəti və Qarabağ, Naxçıvan kimi Azərbaycan torpaqları Ermənistana “qaytarılmalıdır”. Bu ideologiyanın tərəfdarları hazırda hakimiyyətdə olan Vətəndaş Müqaviləsi Partiyası və Baş nazir Nikol Paşinyanın “Real Ermənistan” konsepsiyasını qətiyyətlə rədd edirlər.
Bİr çox şərhçi sabah baş tutacaq parlament seçkilərini məhz buna görə "Böyük Ermənistan" və "Real Ermənistan" ideologiyalarının mübarizəsi adlandırır.