Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Türkmənistanda keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət Görüşü ölkəmizin bu təşkilata tamhüquqlu üzvü olmasından sonra altıtərəfli formatda daha da gücləndiyini nümayiş etdirdi.
• “C5” formatından “C6” formatına keçəm bu qurumun dövlətlər arasında siyasi əməkdaşlığın möhkəmlənməsi, regional və beynəlxalq təhlükəsizlik, sülh və sabitlik, iqtisadi əlaqələrin inkişafında yeni hədəflər müəyyən etdiyini göstərir.
• Məşvərət Görüşündə çıxış edən Prezident İlham Əliyevin bəyan etdiyi kimi Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə siyasi əlaqələri ən yüksək səviyyəyə qalxır, iqtisadi münasibətlər daha da güclənir.
• Azərbaycan Cənubi Qafqazla Mərkəzi Asiyanı birləşdirən nəhəng enerji-nəqliyyat körpüsünə çevrilir. TRIPP nəqliyyat dəhlizinin işə düşməsi isə Mərkəzi Asiya ölkələrini Orta Dəhliz-Zəngəzur xətti vasitəsilə birləşdirəcək.
• Azərbaycana 2027-ci ildə Məşvərət Görüşünə Sədrliyin həvalə edilməsi isə böyük etimadın nümunəsidir.
• Azərbaycanın xarici siyasətində çoxtərəfli əməkdaşlıq platformalarından biri kimi Müstəqil Dövlətlər Birliyi (MDB) ilə əlaqələr də mühüm əhəmiyyət daşıyır.
• Bu təsisatda yer almaq rəsmi Bakı üçün siyasi dialoqların və regional təhlükəsizliyin qorunması, qarşılıqlı iqtisadi maraqların və humanitar əməkdaşlığın inkişaf etdirilməsi baxımından vacibdir.
• Ölkəmiz 33 ildir ki, MDB ilə əməkdaşlıq edir və əlaqələri öz milli dövlət maraqları və beynəlxalq hüququn prinsipləri əsasında qurub və daim müstəqil mövqe sərgiləyərək strateji qərarlara münasibətdə öz prinsipial mövqeyini nümayiş etdirir.
• MDB-nin ali orqanı olan Dövlət Başçıları Şurasının iclaslarında çıxış edən Cənab İlham Əliyev hər zaman qarşılıqlı etimad, bir-birinə dərin hörmət, siyasi və iqtisadi həmrəylik məsələlərini diqqətə çatdırır.
• Bu ilki tədbirin – Aşqabad görüşünün əsas xüsusiyyəti isə Azərbaycan-Ermənistan münasibətlərində baş verən müsbət proseslərlə bağlıdır. Azərbaycan Ermənistana tranziti təmin etməklə MDB daxilində iqtisadi humanizmin yeni modelini təqdim edir.
• Azərbaycana 2027-ci ildə həm də MDB-də Həmsədr, 2028-ci ildə isə Sədr statusu verilməsi isə daha bir etimadın və hörmətin təzahürüdür.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor