Böyük futbol yenidən Xankəndiyə qayıtdı

19.11.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Xankəndi, 19 noyabr, AZƏRTAC

Əsaslı yenidənqurmadan sonra Xankəndi stadionunda ilk rəsmi oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, "Xankəndi" I Liqanın VIII turunda "Karvan-Yevlax"ı qəbul edib.

Görüş Yevlax klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hər iki qol ikinci hissədə vurulub. İbrahim Əliyev 67-ci dəqiqədə hesabı açıb. Son nöqtəni isə 77-ci dəqiqədə Obi Con Onyeka qoyub.

Bu qələbə ilə xallarını 16-ya çatdıran qonaqlar ikinci pilləyə yüksəliblər. Ev sahibi komanda isə 6 xalla 7-ci yerdədir.

Müxbir - Cavid Əliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью