Böyük güclər Orta dəhlizdən kənarda qalmamalıdır

26.11.2026

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Orta dəhliz və TRIPP marşrutu qlobal ticarət baxımından xüsusi əhəmiyyət qazanır. Məhz buna görə də bu layihələr təkcə region ölkələrinin deyil, böyük güclərin də maraq dairəsindədir”.

Bu fikirləri -ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

Deputat əlavə edib ki, Çin böyük güc mərkəzi kimi bu marşrutun açılmasında maraqlıdır:

“Çünki marşrutun şərq qapısında Çin dayanır. Söhbət Şərqdən Qərbə uzanan ticarət yolundan gedir. Böyük ehtimalla, Çin də bu marşrutu dəstəkləyir”.

Deputatın fikrincə, bu halda İran, ABŞ, Avropa İttifaqı və xüsusilə Fransa özlərini prosesdən kənarda qalmış hesab edə bilərlər:

“Özlərini bir növ prosesdən kənarda hiss edə bilərlər. Lakin belə məsələlərdə həmin ölkələrin və güc mərkəzlərinin layihəyə qarşı çıxması deyil, Azərbaycan, Ermənistan, Türkiyə və Orta dəhlizin inkişafında maraqlı olan digər ölkələrlə müzakirələr aparması daha məqsədəuyğundur”.

Elmar

Gununsesi.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью