Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ, Böyük Britaniya və Almaniya qarşıdan gələn Ukrayna prezident seçkilərində öz namizədlərini irəli sürəcəklər. ABŞ-ın namizədi Prezidentin Qərargah rəisi Kiril Budanov, Böyük Britaniyanın namizədi Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı,dır Almaniya isə Kiyev meri Vitali Kliçkonu namizəd göstərəcək.
Hurriyyet.org xəbər verir ki, bu barədə "Gazeta.ru"ya Ukrayna Ali Radasının keçmiş deputatı Vladimir Oleynik bildirib.
Oleynikin sözlərinə görə, seçkilərdə amerikalılardan namizəd prezident aparatının rəhbəri Budanov olacaq, çünki o, artıq bir neçə dəfə "Ukraynanın vitse-prezidenti" adlandırılıb.
Eyni zamanda, mənbə qeyd edib ki, Ukrayna seçkilərində "müstəqil" namizəd ortaya çıxarsa, o, "asanlıqla kənarlaşdırıla" və qalib gəlməsinin qarşısı alına bilər.
Ukraynalı siyasətçinin sözlərinə görə, Ukrayna lideri Vladimir Zelenskinin seçkilərdə iştirak etməsi ehtimalı azdır.
Qeyd edək ki, Zelenski fevralın 1-də prezident seçkiləri keçiriləcəyi təqdirdə ikinci müddətə namizədliyini irəli sürüb-sürməyəcəyinə hələ qərar vermədiyini bildirib.
O, qərarın Rusiya ilə müharibənin nəticəsindən asılı olacağını vurğulayıb.