Böyük hesablı məğlubiyyət gözlənilən idi

11.09.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

“"Sabah"ın Çempionlar Liqasının əsas mərhələsində tarixi debütündə müsbət nəticə qazanmaq şansları çox aşağı idi. Hər halda, rəqib İngiltərə nəhənglərindən olan "Manchester United"dir. Baxmayaraq ki, bu komanda son iki ildə avrokuboklara çıxış etməyib, amma bu heç də komandanın gücünün aşağı olması demək deyil və təbii ki, 90 dəqiqə ərzində oyunda dominant tərəf də ingilislər idi. Və belə güclü rəqiblə matçda məğlubiyyət, xüsusilə də böyük hesablı məğlubiyyət gözlənilən idi.
Əsas məsələlərdən biri start həyəcanını dəf edib erkən qollar, qol və ya qollar buraxmamaq idi. "Sabah" buna nail olsa da, tədricən təzyiqi artıran "Manchester United"də futbolçuların ustalıq səviyyəsi sözünü dedi”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında idman şərhçisi Mehman Süleymanov deyib.
Onun sözlərinə görə, bunlar da hardasa öz təsirini göstərdi:
“Təbii ki, birinci Stiv Solvetin yoxluğu təsirini göstərdi. Ucaboylu mərkəz müdafiəçisi, komandanın liderlərindən biridir və nəinki müdafiədə etibarlı oyunu ilə seçilir, həm də hücumlara qoşulanda standart vəziyyətlərdə boyunun uca olmasından istifadə edərək qollar da vurur.
O futbolçunun zədələnməsi şübhəsiz ki, müdafiə xəttini zəiflətmişdi və Rəhman Daşdəmirov sol cinah müdafiəçisi ola-ola sığorta meylli mərkəz müdafiəçisi mövqeyində oynayırdı. Bu da mənim fikrimcə, hardasa uyğun deyildi və Rəhmanın oyununa öz təsirini göstərdi.
Bir məqam da odur ki, "Sabah"da bu dəqiqə ən rəqabətsiz mövqe qapı mövqeyidir. Düzdür, Stas Pokatilov çox təcrübəli, 30-dan yuxarı yaşı olan qapıçıdır, Qazaxıstan milli komandasının üzvüdür. Amma elə "Ploye" matçında da biz gördük ki, onun səhvləri... Bakıdakı matçda səhvləri oldu. Bu dəfəki matçda isə bir qol, buraxılan bir qolda, ikinci hissədə ümumiyyətlə topu tapa bilmirdi. Yəni, hardasa bir az kuryoz alındı.
Yəni, elə təcrübəli qapıçı, belə deyək də, səhvə yol verməməlidir, belə inamsız çıxış etməməlidir. Bu da ondan irəli gəlir ki, o rəqabət demək olar, çox aşağıdır. Ehtiyatda yer alan qapıçılardır, aydın məsələdir ki, onlar belə matçlarda oynayanı deyillər. Ona görə də "Sabah"ın ümumiyyətlə güclü, həm də rəqabət yarada bilən bir qapıçıya ehtiyacı var.
Təbii ki, qrupda nəhənglərlə matçlarda "Sabah"ın xal, xallar qazanması çətin olacaq. Əsas ümid digər matçlaradır və xüsusilə də Bakıdakı ev matçlarında hər halda "Sabah"ın daha yaxşı təsir bağışlayacağını gözləmək olar”, - deyə Mehman Süleymanov fikrini tamamlayıb.
Nuray Paşşanlı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью