Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Böyük klublarda oynamağı arzulayıram"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
“Kristal Pelas” və Kolumbiya millisinin müdafiəçisi Daniyel Munyos karyerasının növbəti mərhələsində Avropanın aparıcı klublarında çıxış etmək niyyətindədir.
QOL.az xəbər verir ki, futbolçu son dövrlər bu istiqamətdə yayılan xəbərlərə münasibətini bildirib:
“Mən "Barselona", "PSJ", "Real" və ya "Mançester Yunayted" kimi böyük klublarda oynamağı arzulayıram. Bunun üçün də öz üzərimdə çalışıram. Hazırda diqqətimi yalnız Kristal Pelas üzərinə yönəltmişəm. Hansı klubların mənimlə maraqlandığından xəbərsizəm. Qış transfer pəncərəsində nə olacağını görəcəyik, indi isə yalnız növbəti millinin oyunlarına hazırlaşıram”.