Böyük məbləğdə borc toplantıda müzakirə olundu, Hüseynzadə getdi

10.07.2026

Icma.az bildirir, Fanat portalına istinadən.

1-ci Liqa təmsilçisi "Mingəçevir"in taleyinə yaxın bir həftə ərzində aydınlıq gələcək.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, rəhbərlik bir neçə gün öncə toplantı keçirib.

Bakıda baş tutan iclasda klubun idarəçiləri və sabiq baş məşqçisi Ramiz Məmmədov da iştirak edib. İclasda klubun mövsümü 225 min manat borcla başa vurmasının səbəbləri müzakirə olunub. Toplantının ardından bunadək qeyri-rəsmi baş menecer funksiyasını yerinə yetirən Vüqar Hüseynzadənin qarşıdakı "futbol ili"ndə "Mingəçevir"də olmayacağı dəqiqləşib. Klubun sponsoru Rafael Bünyatova gəlincə, onu da başqasının əvəzləmək ehtimalı var.

Xatırladaq ki, "Mingəçevir" Məmmədovun rəhbərliyi altında 1-ci Liqada 2-ci yeri tutaraq pley-offa yüksəlsə də, həlledici qarşılaşmada "Qəbələ"yə 0:2 hesabı ilə uduzub.

Toğrul  

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью