Böyük partlayışa cəmi bir neçə saat qaldı! Əhaliyə evdə qal xəbərdarlığı edildi

25.11.2026

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

ABŞ-nin Ayova ştatının Middltaun (Middletown) şəhərində hərbçilər kimyəvi tərkibi pozularaq təhlükəli hala düşən təxminən 5 ton partlayıcı maddəni nəzarətli şəkildə zərərsizləşdirmək üçün səfərbər edilib.

Turkustan.az xəbər verir ki, "Associated Press" agentliyinin məlumatına görə, Ayova Ordu Sursat Zavodunda illərdir saxlanılan 68 çəlləkdəki təxminən 5 ton qurğuşun azidinin kimyəvi cəhətdən yararsız hala düşdüyü aşkarlanıb. Maddənin öz-özünə partlama riski yaratması səbəbindən səlahiyyətlilər onun nəzarətli şəkildə partladılmasına qərar veriblər.

Federal Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (FEMA) obyektdən təxminən 8 kilometr radiusda yaşayan sakinlərə təxliyə olunmaq barədə çağırış edib. Əhaliyə nəqliyyat, müvəqqəti sığınacaq və qida yardımı göstərilib, yaxınlıqdakı bəzi məktəblər və müəssisələr müvəqqəti bağlanıb.

Partlayışdan sonra zəhərli qurğuşun hissəciklərinin havaya yayılaraq insan sağlamlığına və ətraf mühitə zərər verə biləcəyi ilə bağlı narahatlıqlar fonunda geniş təhlükəsizlik tədbirləri görülüb. ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) əraziyə 100-dən çox mütəxəssisin göndərildiyini və hava, su və torpaqdan ümumilikdə 1001 nümunə götürüldüyünü açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью