Icma.az, Ses qazeti portalına istinadən məlumat verir. Məlumdur ki, Almaniya ölkəmizin Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından bi
İkitərəfli münasibətlərimizin tarixində Almaniya Prezidentinin Azərbaycana ilk dəfə rəsmi səfər etməsi xüsusi əhəmiyyət daşıyır.
Prezident Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri həm də iki ölkə arasında etibarlı tərəfdaşlığın hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir.
Xüsusilə qeyd etmək lazımdır ki, Almaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir.
Belə ki, 1992-ci il yanvarın 12-də Azərbaycanın müstəqilliyini tanıyan Berlinlə Bakı arasında həmin ilin fevralın 20-də diplomatik münasibətlər qurulub.
Altı ay sonra - sentyabrın 2-də Azərbaycanın Almaniyada səfirliyi, sentyabrın 22-də isə bu ölkənin Bakıda diplomatik nümayəndəliyi açılıb.
Diplomatik münasibətlərin yaranmasından sonra iki ölkə arasında əlaqələr mütəmadi olaraq inkişaf edib.
Xalqlarımız arasında əlaqələrin də dərin tarixi kökləri var.