Icma.az, Oxu.az portalına istinadən məlumat verir. Kubra Məhərrəmova yazır...
Son hadisələr fonunda adam bəzən böyüklərindən, ağsaqqallarından məsləhət, fikir, bəlkə də dəstək gözləyir.
Amma nə məsələdirsə, hər zaman Azərbaycanda digər ölkələrlə diplomatik gərginlik yaşanan kimi, dövlətin hesabına "fışfışlı", "xışxışlı", alqışlı, orden-medallı adamların əksəriyyəti çəkilir bir kənara, səslərini çıxarmırlar.
Elə düşünürsən ki, ha indi, ha sonra bunlar da bir böyük kimi, ağsaqqal kimi bir söz deyəcəklər, bir mövqe bildirəcəklər.
Görürsən ki, yox, səsləri gəlmir. Səssiz qalanlar arasında daha çox rusdilli ziyalıları görürük.
Onlar sanki hələ də Moskvadan ehtiyat edir, sovetin təfəkküründə ilişib qalıblar.
Sanki illərlə formalaşmış bir qorxu, qul-kölə düşüncəsi onları susmağa məcbur edir.
Elə bilirlər bir söz desələr, Moskvadakı "böyük qardaş" göz ağardacaq, acıqlanacaq! Bəlkə də, burada maddi mənafe daha önəmlidir.